AZ

İrlandiyalı nazir: “COP29-da hər şey çox yaxşı təşkil olunub”

“Düşünürəm ki, COP29-da hər şey çox yaxşı təşkil olunub”,

Bizim.Media xəbər verir ki, bu fikirləri İrlandiyanın Ətraf Mühit, iqlim və rabitə naziri Eamon Ryan jurnalistlərə açıqlamasında bildirib.

“İqlim dəyişikliyinə qarşı mübarizədə əsl təşkilatlanma 196 ölkə arasında olmalıdır. Razılığa gəlmək üçün kollektiv şəkildə özümüz təşkilatlanmalıyıq. Bəli, sədrliyin də burada rolu var, lakin əslində önəmli olan konfransda təmsil olunan bütün hökumətlərin hər yerdə iqlim sahəsində ortaq bir ambisiya göstərmək üçün verdiyi siyasi qərarlardır. Biz hamımız ön cəbhədəyik. Hamımız risk altındayıq. Hər bir hökumətin həll yolu tapmaq üçün həqiqi siyasi öhdəliklə işləməsi vacibdir”, - deyə nazir əlavə edib.

Nuray, Bizim.Media

Seçilən
41
1
bizim.media

10Mənbələr