AZ

Şahzadə Diananın sürücüsündən illər sonra ETİRAF - FOTO

Şahzadə Diananın keçmiş sürücüsü Stiv Davies illər sonra etiraf edib.

Azreform.info Milli.Az-a istinadən xəbər verir ki, Davies səkkiz il şahzadə Diananın şəxsi sürücüsü olub və o, Diananın 1997-ci ilin avqustunda Parisdə baş vermiş faciəvi qəzasından çox təsirlənib.

Davies "Daily Mail" qəzetinə verdiyi müsahibədə peşman olduğunu ifadə edərək, "Onun yanında həmin gecə Parisdə mən olsaydım, maşını mən sürsəydim , yəqin ki, o, hələ də sağ olardı" deyib.

Diananın təhlükəsizliyini təmin etmək üçün hər zaman yanında olduğunu, vəzifəsinə bağlı olduğunu və bu öhdəliyi ömrünün sonuna qədər davam etdirəcəyini ifadə edən Davies, "Diana üçün vurulmağa belə hazır idim" sözlərini deyib. 

Qeyd edək ki, hazırda 61 yaşlı Davies 1996-cı ildə BBC müxbiri Martin Bəşirin Dianaya Davies və digər işçilərin onun haqqında məlumat sızdırdığı barədə yalan məlumat verməsindən sonra işdən çıxarılıb.

Seçilən
13
6
azreform.info

10Mənbələr