Şahzadə Diananın keçmiş sürücüsü Stiv Davies illər sonra etiraf edib.
Azreform.info Milli.Az-a istinadən xəbər verir ki, Davies səkkiz il şahzadə Diananın şəxsi sürücüsü olub və o, Diananın 1997-ci ilin avqustunda Parisdə baş vermiş faciəvi qəzasından çox təsirlənib.
Davies "Daily Mail" qəzetinə verdiyi müsahibədə peşman olduğunu ifadə edərək, "Onun yanında həmin gecə Parisdə mən olsaydım, maşını mən sürsəydim , yəqin ki, o, hələ də sağ olardı" deyib.
Diananın tÉ™hlükÉ™sizliyini tÉ™min etmÉ™k üçün hÉ™r zaman yanında olduÄŸunu, vÉ™zifÉ™sinÉ™ baÄŸlı olduÄŸunu vÉ™ bu öhdÉ™liyi ömrünün sonuna qÉ™dÉ™r davam etdirÉ™cÉ™yini ifadÉ™ edÉ™n Davies, "Diana üçün vurulmaÄŸa belÉ™ hazır idim" sözlÉ™rini deyib.Â
Qeyd edək ki, hazırda 61 yaşlı Davies 1996-cı ildə BBC müxbiri Martin Bəşirin Dianaya Davies və digər işçilərin onun haqqında məlumat sızdırdığı barədə yalan məlumat verməsindən sonra işdən çıxarılıb.