AZ

Millimizin baş məşçisindən məğlubiyyət şərhi: “Şanslarımız qalır”

“Yaxşı təşkil olunmuş komandaya qarşı oynadıq. Matçın əvvəlində bir neçə səhvə yol verdik və qol buraxdıq”.

İdman.biz xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev deyib.

O, Avropa çempionatının seçmə mərhələsində 7-ci qrupun I turu çərçivəsində İslandiya yığması (0:2) ilə keçirilən oyundan sonra AFFA.az saytına fikirlərini bildirib: “İkinci hissədə təşəbbüs tamamilə bizim tərəfimizdə idi. Rəqibin gücünə baxmayaraq, qol imkanlarında onları xeyli üstələyirdik. Məğlubiyyətin əsas səbəbini yaranan şansları qola çevirməməyimizdə görürəm. İki qol buraxsaq da, vəziyyəti dəyişə bilərdik. Lakin yetərincə qol imkanlarını dəyərləndirə bilmədik”.

Baş məşqçi qarşıdakı matça 3 xal qazanmaq üçün çıxacaqlarını deyib: “Növbəti rəqibimiz İrlandiya millisidir. Birinci oyunda uduzmağımıza baxmayaraq, hələ də şanslarımız qalır. Qarşıdakı görüşdə sona qədər vuruşacağımıza inanırıq. Üç xal bizim üçün çox önəmlidir və meydana məhz bu məqsədlə çıxacağıq”.

Qeyd edək ki, U-19 millimizin İrlandiya ilə oyunu noyabrın 16-da, Bakı vaxtı ilə saat 14:00-da Moldovanın paytaxtı Kişinyovda yerləşən “Zimbru-2” stadionunda keçiriləcək.

İdman.biz

Seçilən
21
8
idman.biz

10Mənbələr