AZ

COP29 çərçivəsində Moldova ilə bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib (FOTO)

Bakı. Trend:

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsindəMoldovanın energetika naziri Viktor Parlikovla görüşüb.

Trend xəbər verir ki, bubarədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə ikitərəfli iqtisadi münasibətlərin mövcudvəziyyəti və inkişafı barədə müzakirələr aparılıb, alternativenerji mənbələrindən istifadənin genişləndirilməsinin, dayanıqlıiqtisadiyyatın təşviqinin və biznes strategiyalarının geoiqtisaditələblərə uyğun formalaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Görüş iştirakçıları ölkələrimizin iqtisadi əlaqələrininsəmərəliliyinin artırılması üçün mövcud imkanları nəzərdənkeçirərək, sənaye, energetika, nəqliyyat sahələrində birgəfəaliyyətin perspektivlərini müzakirə ediblər. Yaşıl enerjininixracı və investisiyaların təşviqi imkanları barədə fikirmübadiləsi aparılıb.

COP29
COP29
Seçilən
32
4
az.trend.az

8Mənbələr