AZ

İsrail “Hizbullah”a sülh təklif edib

İsrail “Hizbullah” təşkilatının silahlı birləşmələrinin fəaliyyət göstərdiyi Livanla sərhəddə gərginliyi azaltmaq üçün diplomatik yola üstünlük verir, lakin bu problemin sülh yolu ilə həllinə getdikcə daha az vaxt qalıb.
Bunu müdafiə naziri Yoav Qalant bu barədə İsrailə səfərə gəlmiş ABŞ Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş müşaviri Amos Hokstin ilə görüşdə bildirib.
Görüş zamanı Qalant ölkənin müdafiə qurumunun İsrailin şimalında və Livan sərhədi boyunca təhlükəsizlik reallığını dəyişmək əzmində olduğunu bildirib və 80 mindən çox köçkün israillinin öz evlərinə qayıtmasına imkan yaradılmasının prioritetini vurğulayıb.

Seçilən
357
17
paralel.az

10Mənbələr