AZ

Bitcoin cari ilin “ən pis həftəsini” yaşayır – qiymət düşür

2024-cü ilin ikinci ən pis həftəlik enişindən sonra kriptovalyuta bazarında itkilər yığılır. Banker.az xəbər verir ki, bir sıra agentliklərə görə, bu, Bitcoin birja fondlarına tələbatın azalması və pul siyasəti ilə bağlı qeyri-müəyyənliyin refleksiyasıdır.

Ən böyük 100 rəqəmsal aktivin göstəricisi keçən həftə yeddi gün ərzində təxminən 5% azalıb. “Bloomberg” tərəfindən tərtib edilən məlumatlara görə, bu, aprel ayından bəri ən pis enişdir.

Kriptobirjanın lideri hesab edilən Bitcoin Londonda bazar ertəsi təxminən 2% dəyər itirərək $62 275 olub. Bu göstərici bir aydan çoxdur ki, aşağı səviyyədədir.

Kriptovalyutadakı bu “sarsıntı” ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini son 20 ilin ən yüksək səviyyəsindən sürətlə endirmək imkanlarına dair şübhələr fonunda baş verir. Bəzi analitiklər üçün rəqəmsal aktivlərin geri çəkilməsi daha geniş risk iştahı üçün xəbərdarlıq əlaməti hesab edilir.

Mövcud kriptovalyuta bazarı dinamikası “aşağı dəyişkənlik, yumşaq həcmlər və qiymətlər öz diapazonunun kənarlarına keçməyə başlayanda sifarişlərdə balanssızlaşması ilə xarakterizə olunur”. Bunu “FalconX”in tədqiqat rəhbəri David Lovant qeyd edib.

Etherium və Solana üçün həftəlik enişlər müvafiq olaraq keçən il və 2022-ci ildən bəri ən uzun müddətli olub.

Xatırladaq ki, mart ayında Bitcoin $73 798 tarixi rekord vurub.

Seçilən
368
50
banker.az

10Mənbələr