AZ

“Qızların təhsilinə dəstək” mövzusunda müsabiqə elan edilir

TehsilForumu.Az xəbər verir ki , Təhsilin İnkişafı Fondu, Azərbaycan Mətbuat Şurası və “Azərbaycan müəllimi” qəzetinin birgə əməkdaşlığı çərçivəsində Təhsilin İnkişafı Fondunun yaradılmasının üçüncü ildönümü ilə bağlı “Qızların təhsilinə dəstək” mövzusunda media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu) təmsilçiləri arasında yazı müsabiqəsi elan edilir.Müsabiqənin mövzusuMüsabiqə iştirakçıları qızların təhsili ilə bağlı mövcud duruma, imkanlara, göstərilən dəstəyə, yeni istiqamətlərə, təkliflərə və yanaşma yollarına diqqət yetirməlidirlər.Müsabiqə üzrə mükafatlandırmaMüsabiqə üzrə 3 (üç) qalib müəyyənləşəcək:I yer – Planşet Lenovo Tab M10II yer – Planşet Lenovo Tab M9III yer – Smartfon Motorolla G14Müsabiqə şərtləriMüsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:Nəzərdə tutulan istiqamətləndirici mövzuların dolğun əhatə etmə səviyyəsinə;Analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə;Faktlardan istifadə xüsusiyyətlərinə və yazının keyfiyyətinə;İfadə vasitələrinin zənginliyinə;Oxucu üçün informasiyalılıq dərəcəsinə;Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.Müsabiqəyə 7 iyun 2024-cü il tarixindən 5 iyul 2024-cü il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq analitik yazılar, müsahibələr buraxılacaq.Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur.Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.Qeyd 1: Yazılarda “Təhsilin İnkişafı Fondunun, Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan müəllimi” qəzetinin “Qızların təhsilinə dəstək” müsabiqəsinə təqdim olunur” qeydi olmalıdır.Qeyd 2: Yazı materialının müəllifi kütləvi informasiya vasitəsində çalışmalıdır. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmalıdırYazıların təqdim edilməsiMüsabiqə üçün yazı materiallarının təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.1. Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:müəllifin kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti;şəxsin şəxsiyyət vəsiqəsinin surəti;şəxsin əlaqə vasitələri – ev, iş telefonu və mobil telefonu;müsabiqə üçün verilmiş yazının dərc olunduğu qəzet və jurnalın 1 nüsxəsi,materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir);diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla);2. Yazılar elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır. Təqdimat göndərişində yer almalıdır:Müsabiqə yazısı (“Word” faylında, imzasız);Müsabiqə yazısının dərc olunduğu qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud “Word” faylında);Yazı elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən link və sair vasitələr;Yazı materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya müəllifin KİV-də çalışdığını təsdiqləyən sənəd (PDF, JPG, yaxud “Word” faylında);Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud “Word” faylında).Müsabiqə üçün materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 7 iyun 2024-cü il tarixdən 5 iyul 2024-cü il tarixinədək saat 17.00-dək qəbul ediləcək.Şəxsən qəbul həmin tarixlərdə həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) – Azərbaycan Mətbuat Şurasında həyata keçiriləcək.Elektron qaydada təqdimat zamanı sadalanan sənədlər və müsabiqə yazısı [email protected] elektron ünvanına göndərilməlidir.Qeyd: Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.Əlaqə: (+994 12) 441 35 96; (+994 50) 242 09 91; (+994 55) 789 85 03.

Seçilən
165
46
tehsilforumu.az

10Mənbələr