AZ

Əmtəə və xidmətlərin ən bahalı olduğu şəhərlər – Top 10-luq

İsveçrənin “Julius” bankının illik “Global Wealth and Lifestyle” reytinqində Sinqapur əmtəə və xidmətlərin dəyərinə görə dünyanın ən bahalı şəhəri seçilib.

Reytinqdə 12 premium istehlak malından və 8 xidmətdən ibarət səbətin dəyəri nəzərə alınıb. Mal və xidmətlərin dəyəri ABŞ dolları ilə hesablanaraq müqayisə edilib.

Mallara bahalı zinət əşyaları, avtomobillər, şərablar, viskilər, saatlar, qadın çantaları və kişi kostyumları, xidmətlərə isə özəl məktəblərdə təhsil, MBA dərəcələri, biznes sinif uçuşları, tibbi sığorta və s. daxildir. Reytinqdə dünyanın 25 şəhəri yer alır.

  1. Sinqapur
  2. Honkonq
  3. London
  4. Şanxay
  5. Monako
  6. Sürix
  7. Nyu-York
  8. Paris
  9. San-Paulu
  10. Milan

Ümumilikdə bu il reytinqə daxil olan mal və xidmətlərin qiymətlərinin artımı səngiyib: 2023-cü ildə 6%, 2024-cü ildə 4% (dollar ilə) olub. Eyni zamanda, malların qiymətləri xidmətlərə nisbətən daha sürətlə artıb. Bundan əlavə, dəbdəbəli mallara tələb bir qədər azalıb və bu seqmentdə olan bəzi istehsalçılar ilk dəfə olaraq öz məhsullarının qiymət artımını saxlayıblar.

Seçilən
301
50
banker.az

10Mənbələr