"Rahat Məkan" Mənzil-Tikinti Kooperativinə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokola Yasamal Rayon Məhkəməsində hakim Mirsadiq Seyidovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, MTK üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə