AZ

XİN rəhbəri: "Dünya mürəkkəb böhranlarla üz-üzədir"

Dünya mürəkkəb böhranla üz-üzədir, bunun nəticəsində tədarük zəncirləri və ərzaq təchizatı pozulub və Yaxın Şərqdəki mövcud vəziyyət qeyri-müəyyənliyi daha da gücləndirə bilər. 

Qaynarinfo xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Yoko Kamikava deyib.

Diplomat G7-nin ticarət üzrə nazirlər görüşünün yekun iclasında öz proqnozunu bölüşüb: "Dünya hazırda tədarük zəncirlərinin, qida və enerji təchizatının pozulduğu Ukraynadakı vəziyyət də daxil olmaqla, mürəkkəb böhranlarla üz-üzədir".

Onun fikrincə, İsrail və Fələstin arasında mövcud münaqişə yalnız qeyri-müəyyənlik səviyyəsini artırmaq təhlükəsi yaradır. Yapon nazirin sözlərinə görə, G7 ölkələri hazırda beynəlxalq ictimaiyyəti qlobal iqtisadiyyatın dayanıqlı inkişafı istiqamətində istiqamətləndirmək üçün məsuliyyət daşıyır.

Yoko Kamikava bildirib ki, Tokio İsrail ordusunun Qəzzada əməliyyatı genişləndirməsini narahatlıqla izləyir: "Biz bu vəziyyəti diqqətlə və böyük narahatlıqla izləyirik. Digər ölkələrlə əməkdaşlıqda və cəlb olunmuş tərəflərlə qarşılıqlı əlaqədə biz vəziyyətin pisləşməsini tez bir zamanda dayandırmaq və humanitar fəaliyyətlər üçün şərait yaratmaq üçün fəal işləyirik".

Aydın

Seçilən
362
34
qaynarinfo.az

10Mənbələr