AZ

Paşinyanın Ukrayna marağı - Gizli məqsəd üzə çıxır 

Ermənistan Ukraynadan sonra Rusiya üçün yeni baş ağrısına çevrilib
 
 
Bu sözləri siyasi şərhçi Elxan Şahinoğlu Ermənistanın baş naziri Nikol Paşinyanın son zamanlar Ukrayna mövzusuna maraq salması barədə fikrini bildirərkən qeyd edib.

 
"Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyadan incik düşdükdən sonra Ukrayna mövzusuna maraq göstərməyə başlayıb. Paşinyan əvvəlcə Avropa İttifaqının tədbirində Ukrayna prezidenti Volodimir Zelenski ilə ayaqüstü söhbət etdi və iki liderin fotosu erməni saytlarını bəzədi. Paşinyan bundan sonra həyat yoldaşını Kiyevdə keçirilən tədbirə göndərdi. Paşinyanın həyat yoldaşı həm Zelenskinin, həm də onun xanımının əlini sıxdı. Bu fotolar da Moskvanın narazılığına səbəb oldu. Nikol Paşinyan Ukrayna ilə bağlı üçüncü addımı atıb. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Malta adasında "Ukraynanın sülh forumu" tədbirində iştirak edir. Bundan əvvəlki iki oxşar tədbir Danimarka və Səudiyyə Ərəbistanında keçirilmişdi. 


Armen Qriqoryan toplantı çərçivəsində ikitərəfli görüşlər keçirib. Ermənistan Təhlükəsizlik Şurasının katibi əvvəlcə Yunanıstan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Afanasios Ntokosla görüşüb. Tərəflər təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə ediblər. Armen Qriqoryan ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayan və Fransa prezidentinin köməkçisi Bertran Buhvalterlə də müzakirələr aparıb. Bu görüşlərdə iki hədəf var. İrəvanın birinci hədəfi Qərb ölkələrindən Ermənistanı Rusiyanın mümkün təzyiqindən qorumaq və təhlükəsizlik təminatı almaqdır. İrəvanın bu görüşlərdən ikinci hədəfi baş nazir Nikol Paşinyanın Tiflisdə açıqladığı "Sülh qovşağı" ideyasının mahiyyətini Qərb diplomatlarına izah etməkdir. Bu görüşlər və müzakirələr ona dəlalət edir ki, Ermənistan Ukraynadan sonra Rusiya üçün yeni baş ağrısına çevrilib".
Seçilən
598
42
oxu.az

10Mənbələr