AZ

"Oba Market" barəsində inzibati protokol tərtib olundu

"Oba Market" MMC məhkəməyə verilib.

E-huquq.az xəbər verir ki, marketlər şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Yasamal Rayon Məhkəməsində hakim Mirsadiq Seyidovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Oba Market" üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
2
e-huquq.az

9Mənbələr