İranın Ali rəhbəri Ayətullah Xameneyi deyib ki, onlar Zəngəzur marşrutunun əleyhinədirlər.
O bunu Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə deyib.
Nikol Paşinyan İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştiraki etmək üçün Tehrandadır.
Zəngəzur dəhlizi nədir? - Burda izləyin
"İran İslam Respublikası Zəngəzur marşrutunu Ermənistanın ziyanına hesab edir və bu mövqeyində qalmaqdadır", - Paşinyanla görüşən İranin ali dini lideri Ayətullah Xameneyi deyib.
O, Ermənistanla əməkdaşlığın daha sıx və öz qüvvəsi ilə davam edəcəyini deyib, dini liderin saytında deyilir.
Paşinyan bildirib ki, Ermənistan dəfələrlə öz ərazisində heç bir ekstraterritorial dəhlizi qəbul etmədiyini bəyan edib.
Videoya Youtube kanalımızda baxın