AZ

Gələn il daxil və xarici çağırışlarla üz-üzə olacağıq - Komitə sədrindən XƏBƏRDARLIQ

“2024-cü ildə qarşımızda ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri, ölkə iqtisadiyyatına reinteqrasiya olunması və Böyük Qayıdışın təmin olunması, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının”, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icra edilməsi kimi makro-fiskal hədəflər və çağırışlar vardır. Eyni zamanda, təhlillər göstərir ki, 2024-cü ildə biz regional və qlobal siyasi və hərbi gərginlik, qlobal miqyasda tənəzzül meylləri və riskləri, inflyasiya təzyiqləri və təklif proqblemləri kimi daxil və xarici mühit çağırışları ilə də üz-üzə olacağıq”.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib. 


“2024-cü ildə iqtisadi artımın davam etməsi, qeyri-neft sektorun inkişafı, iqtisadiyyatda şəffaflığın artması, enerji məhsullarının, o cümlədən alternativ enerji məhsullarının ixracının və çoğrafiyasının genişlənməsi, nəqliyyat daşımalarının intensivləşməsi üçün münbit sabit siyasi şəraitin mövcudluğu növbəti il üçün bizə yeni imkanlar vəd edir. 


Belə ki, təqdim edilmiş layihədə baza ssenaridə 2024-cü ildə Ümumi Daxili Məhsulun real artım tempinin 2.4%, qeyri-neft-qaz Ümumi Daxili Məhsulun real artım tempinin isə 4.6% olacağı, artımın əsasən qeyri-neft sektoru hesabına təmina olunacağı, Qeyri-neft-qaz sektorunun Ümumi Daxili Məhsulda payının 71.2%-ə, orta aylıq əmək haqqının 980 manata çatacağı, Orta illik inflyasiyanın 5.3% olacağı, Tədiyyə Balansının Cari Əməliyyatlar Hesabının və Xarici Ticarət balansının profisitlə olacağı proqnozlaşdırılıb. Növbəti ildə Dövlət büdcəsinə hesablanan vergi və gömrük rüsumları üzrə daxilolmaların ümumi həcmi 19.8 milyard manatı keçəcəkdir”, - deyə komitə sədri bildirib.

Seçilən
442
21
modern.az

10Mənbələr