EN

Ermənistan Rusiyanın Zəngəzur dəhlizi bəyanatından “təəssüflənib”

Ermənistan Rusiyalı nazir Sergey Lavrovun Zəngəzur dəhlizi barədə bəyanatından "təəssüflənib".

Lavrov demişdi ki, “Ermənistanın Sünik bölgəsindən keçən kommunikasiyaların açılmasına gəldikdə, üzərində Baş nazir Nikol Paşinyanın imzası olan razılaşmanı məhz Ermənistan rəhbərliyi sabotaj edir”.

Ermənistan xarici işlər nazirliyinin sözçüsü Ani Badalyan deyib: "Sözügedən Bəyanatda Rusiya imzası olmasına baxmayaraq, bir dənə də olsun pozulmamış müddəa yoxdur və bu, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesində Rusiyanın iştirakını şübhə altına alır”.

Azərbaycanın böyük hissəsi ilə Naxçıvanı birləşdirən yola Azərbaycan Zəngəzur dəhlizi deyir və onun açılması barədə müzakirələr sülh müqaviləsindən çıxarılıb.

Videoya YouTube kanalımızda baxın.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
92
50
bbc.com

10Sources