EN

Dörd yaşlı uşaq muzeydə 3500 illik vazanı sındırdı


Hayfadakı Heçt muzeyində dörd yaşlı uşaq ən azı 3500 il olduğu təxmin edilən Tunc dövrünə aid vazanı sındırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.
Bildirilir ki, vaza muzeyin ilk salonlarından birində sərgilənib. O, şüşə ilə qorunmayıb - bu, hasarsız nümayiş etdirilən arxeoloji artefaktların sərgiyə “xüsusi yaraşıq” verdiyinə inanan rəhbərliyin şüurlu siyasətidir.
Qeyd edıilir ki, vaza eramızdan əvvəl 2200-1500-cü illərdə hazırlanıb, şərab və ya zeytun yağı saxlamaq üçün nəzərdə tutulub. Bu cür keramikalara qazıntılar zamanı tez-tez rast gəlinir, lakin onların böyük əksəriyyəti adətən qırıq vəziyyətdə tapılır. Muzeyin məlumatına görə, bu vaza “xüsusi tapıntı” olub.
Oğlanın atasının sözlərinə görə, onun oğlu içərisində nə olduğunu bilməklə maraqlandığı üçün bir az vazanı əyib.
Muzeyin nümayəndələri bildiriblər ki, hadisə açıq-aşkar bədbəxt hadisə olduğundan, uşaq və onun atası üçün hüquqi nəticəsiz qalacaq. Uşaq və ailəsi təşkil olunmuş ekskursiya çərçivəsində muzeyi ziyarət etməyə dəvət olunub. Muzey işçiləri sınmış vazanı bərpa edib sərgiyə qaytarmağa hazırlaşırlar. Muzey qoruyucu şüşəsiz eksponatların nümayişi praktikasından əl çəkmək niyyətində olmadığını vurğulayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
122
46
yeniavaz.com

10Sources