EN

"Putin bunu idmandan həzz alan cüdoçu kimi etdi"

Rusiya cüdo yığmasının baş meneceri Ezio Qamba Rusiya prezidenti Vladimir Putinin məşqindən danışıb.

"Ölkə.az" xəbər verir ki, onun sözlərindən "RİA Novosti" sitat gətirib.

"Peşəkar məşq etməyən insan üçün Putin çox yaxşı hərəkət edir",- Qamba deyib.

O, həmçinin bildirib ki, cüdo, ilk növbədə, rəqibinə hörmətdir.

"Putin məşq edəndə bunu Rusiya Prezidenti kimi deyil, idmandan həzz alan cüdoçu kimi etdi", - Qamba əlavə edib.

Xatırlayaq ki, Putin 2016-cı ildə cüdoçu Ezio Qambaya vətəndaşlıq verilməsi haqqında fərman imzalayıb. İtaliya əsilli idmançı 1980-ci ildə Moskvada keçirilən Olimpiya çempionudur.

Rusiya prezidenti 50 ildən artıqdır ki, güləşlə məşğuldur. Cüdo və sambo üzrə idman ustası, karate üzrə də qara kəmər sahibidir.(Publika.az)

Chosen
134
50
olke.az

10Sources