EN

Yığmanın baş məşqçisi: Hər bir görüşə final kimi yanaşırdıq

Yığmanın baş məşqçisi: Hər bir görüşə final kimi yanaşırdıq

“Uşaqların əldə etdiyi medallar Azərbaycan üçun tarixi nəticədir”.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Paralimpiya Oyunlarında 1 qızıl və 1 bürünc medal qazanan parataekvondo üzrə Azərbaycan millisinin baş məşqçisi Fərid Tagızadə jurnalistlərə açıqlamasında deyib. O, əziyyətlərinin bəhrəsini gördüyünü bildirib: “Hər birinə ayrı-ayrılıqda təşəkkür edirəm. Onlarla fəxr edirəm. Yarışlara çox yaxşı motivasiya olmuşdular. Bütün görüşlərə final kimi yanaşırdıq”. Turnirdə 3 parataekvondoçu ilə təmsil olunan yığmanın üzvləri ümumilikdə 2 medal (1qızıl və 1 bürünc )əldə ediblər. İmaməddin Xəlilov (K44, 70 kiloqram) qızıl, Sabir Zeynalov (K44, 58 kiloqram) bürünc medal qazanıbsa, Əbülfəz Abuzərli (K44, 80 kiloqram) 1/4 finala kimi irəliləyib. Azərbaycan millisi yekun sıralamada yalnız Türkiyə seçməsindən geri qalıb. Üçüncü sırada isə Böyük Britaniya komandası yer alıb. Qeyd edək ki, parataekvondo yarışlarında ümumilikdə 52 ölkə təmsil olunub.

Mənbə: AZƏRTAC

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
39
2
ilk.az

3Sources