EN

MN: Seyfəli poliqonunda istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla planlı şəkildə məhv edilməsi davam etdirilir.

Bu barədə Yeniazerbaycan.com-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

“Döyüş sursatlarının məhv edilməsi prosesi sentyabrın 9-dan 13-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək”, - məlumatda qeyd edilib.

Chosen
111
50
yeniazerbaycan.com

10Sources