EN

Milli Kitabxanada professor İsrafil İsrafilovun 75 illiyi münasibətilə kitab sərgisi açılıb

Milli

Bakı, 10 sentyabr, AZƏRTAC

Milli Kitabxanada “Professor İsrafil İsrafilov” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub. Sərgi Əməkdar incəsənət xadimi professor İsrafil İsrafilovun 75 illiyi münasibətilə açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə alimin müəllifi olduğu əsərlər, tərtib və redaktə etdiyi kitablar Azərbaycan və rus dillərində ədəbiyyatlar nümayiş olunub.

Sərgi bir həftə davam edəcək.

Qeyd edək ki, İsrafil İsrafilov "Həyatın səhnəsi, səhnənin həyatı", "Düşündüklərim", "Zaman. Rejissor. Poetika", "Ədil İsgəndərovun teatrı", "Mehdi Məmmədovun rejissor sənəti", "Sən nə üçün yaşayırsan?" (rus dilində) adlı monoqrafiyaların müəllifidir. "Azərbaycan milli rejissor sənətinin poetikası" kitabı mütəxəssislər tərəfindən teatr nəzəriyyəsi sahəsində sanballı elmi tədqiqat əsəri kimi qəbul edilib.

Ayrı-ayrı illərdə "Qızıl qələm", "Qızıl dərviş", "Humay" mükafatlarına, beynəlxalq diplomlara layiq görülüb. Elmi-tədqiqat işləri ilə yanaşı uzun illərdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir, bu sahədə müvafiq proqramların, metodik vəsaitlərin və dərsliklərin müəllifidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
2
azertag.az

4Sources