EN

"Şikayətiniz varsa, göndərin, sabah axırıncı gündür"- MSK sədri

Image

Mərkəzi Seçki Komissiyası daxil olan bəzi şikayətləri araşdırılması üçün dairə seçki komissiyalarına, müddəti keçmiş şikayətləri isə ərizəçiyə geri göndərilib. Trend xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.

MSK üzvlərinin təqdimatına əsasən, 69 saylı Biləsuvar seçki dairəsindən daxil olan müraciət müəəyən edilmiş vaxtı keçdiyindən ərizəçiyə geri qaytarılıb.

Bununla yanaşı, 11 saylı Binəqədi-Qaradağ, 120 saylı Cəbrayıl-Qubadlı və 31 saylı Suraxanı ikinci seçki dairəsi haqqında şikayətlərin hər biri araşdırılması üçün müvafiq dairə seçki komissiyasına göndərilib.

MSK sədri deyib ki, seçki qanunvericilik ilə tənzimlənir. Hansısa fikiri zorla qəbul etdirmək mümkün deyil. M.Pənahov bildirib ki, kimin əlində qanunun pozulması faktı varsa, göndərsin.

“Mərkəzi Seçki Komissiyası daxil olan bütün şikayətləri araşdırır. Sabah axırıncı gündür”, - deyə o qeyd edib.

M.Pənahov deyib ki, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTHİB) müşahidəçiləri ilə ölkəni tərk etdikləri üçün görüş keçirdik. M.Pənahov seçkilərin qanunvericiliyə uyğun olaraq keçirildiyini onların diqqətinə çatdırdığını qeyd edib.

“Mən onların diqqətinə çatdırdım ki, seçki qanunvericiliyə uyğun keçirilir. Seçkilərə hər hansı kənar müdaxilə, hər hansı fikrin zorla qəbul etdirilməsi yolverilməzdir. Biz seçki ilə bağlı sizin konstruktiv fikirlərə diqqətlə yanaşacağıq”, - deyə o qeyd edib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. 





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
7
baki-xeber.com

9Sources