NATO-nun yeni Baş katibi Mark Ruttenin vəzifəsinin icrasına başlamasına həsr olunmuş mərasimi oktyabrın 1-də keçiriləcək.
Herbiand.az xəbər verir ki, bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
“Oktyabrın 1-də Yens Stoltenberqin NATO-nun Baş katibi kimi səlahiyyət müddəti başa çatacaq, onu Niderlandın sabiq Baş naziri Mark Rutte əvəzləyəcək”, - deyə mətbuat xidməti bildirib.
Bu münasibətlə alyansın Brüsseldəki mənzil-qərargahında səlahiyyətlərin verilməsi ilə bağlı rəsmi mərasim və yeni Baş katibin mətbuat konfransı keçiriləcək.