EN

Mingəçevirdə avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan piyada müalicə olunduğu xəstəxanada ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, sentyabrın 2-də baş verən hadisə zamanı ağır xəsarət alan 1972-ci il təvəllüdlü Şahin Ağayev göstərilən tibbi yardımlara baxmayaraq, bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Chosen
51
7
cebheinfo.az

10Sources