EN

Şok: Azərbaycanlılar 3 min şəhid məqaləsini Vikipediyadan sildi

3000 şəhid məqaləsi Vikipediadan tamamilə silinib.
BUTA.TV xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşünas qeyd edib. O bildirib ki, Vikipediyadan məlumatları silinənlər arasında yüksək rütbəli hərbçilər, polkovnik-leytenantlar var: “Müharibə illərində könüllü qruplar tərəfindən yaradılan şəhid məqalələri azərbaycanlı vikipediyaçılar tərəfindən tamamilə silindi. Onlar buna səbəb kimi şəhidlərin qeyri-ensiklopedik şəxslər olduğunu əsas gətiriblər. Bu işi edənlər isə bu yaxınlarda vətənə xəyanət maddəsi ilə həbs olunan Bəhruz Səmədovun Azərbaycan dili də daxil olmaqla, 5 dildə məqaləsini yaradıb. “Artsax”a müstəqillik arzulayan, azərbaycanlı olduğu üçün utanc duyan Bəhruz Azərbaycan alimi, sülh tərəfdarı kimi müxtəlif dillərdə Vikipediyaya yerləşdirilib. Qlobal vikipediya fondundan heç bir istək və məhdudiyyət yoxdur, bu silinmə birbaşa azərbaycanlı vikipediyaçıların şəxsi təşəbbüsü əsasında olub. Aylardır buna zəmin hazırlanırdı. Təsəvvür edin, Azərbaycanda adına küçə olan, illərini Vətənə xidmətlə keçirən, 5 medal sahibi şəhid bu ölkə üçün qeyri-ensiklopedik adlandırılıb, məqaləsi Vikipediyadan silinir. Əvəzində manıs, rəqqas məqalələri qalır. Bəli, bunu edənlər azərbaycanlılardır. Mənim məqaləmin silinmə səbəbi də hakimiyyətyönümlü fəaliyyətdə günahlandırılmağım və prezident mükafatı almağım idi. Hər şey gün kimi ortadadır və Azərbaycan Vikipediyasının tör-toküntü, saxta anarxistlərin əlində olduğunu göstərir. Bu etdiyiniz haqlı mübarizə metodu deyil. Amma əmin olun, sizə uyğun mübarizə və cavab mən tərəfdən olacaq”. Bu işi edənləri adbaad ortaya çıxarmışam. Əgər hələ də Azərbaycanda həqiqi vikipediaçılar varsa, bu mövzuda mənə dəstək olsunlar. Sizin adınızı açıqlayacam. Baş prokrorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə haqqınızda bütün detalları ötürəcəm.

Medianı bu mövzunu işıqlandırmağa çağırıram.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
20
buta.tv

10Sources