EN

SON DƏQİQƏ! Putindən istefa tələbi RƏSMİLƏŞDİ – Kremldən ŞOK BƏYANAT

Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərinin 18 rayonunun bələdiyyə deputatları Prezident Vladimir Putinin istefasını tələb edən bəyanat imzalayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə müvafiq sənəd üçün imza toplamaqla məşğul olan Sankt-Peterburq bələdiyyəsinin deputatı Kseniya Torstrem məlumat verib.

“Biz – Rusiyanın bələdiyyə deputatları hesab edirik ki, Prezident Vladimir Putin Rusiyanın və onun vətəndaşlarının gələcəyinə xələl gətirir. Biz Vladimir Putinin Rusiya Federasiyasının prezidenti vəzifəsindən istefasını tələb edirik”, – Torstrem deyib.

Rusiyalı jurnalist Alyona Rukovtseva isə iddia edir ki, Rusiya lideri istefa verməsə, baş verənlər “Böyük Oktyabr İnqilabı”nın təkrarlanmasına gətirib çıxara bilər.

Peterburqun 18 bələdiyyə dairəsinin deputatları Putinin istefasını tələb edən bəyanata imza atıblar.

Bundan əvvəl Sankt-Peterburq şəhərinin Smolninsk şəhərinin Təhsil Şurası Dövlət Dumasını Vladimir Putinə qarşı “vətənə xəyanət” ittihamı irəli sürməyə çağırıb.

Chosen
58
43
kaim.az

10Sources