EN

Azərbaycan vətəndaşları Türkiyədə 500-dən çox danışmaz əmlak alıb

Bakı. Trend:

2024-cü ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşlarıTürkiyədə 517 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilineyni dövrü ilə müqayisədə 30 obyekt çoxdur.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və DaşınmazƏmlak Alqı-Satqısı üzrə Dövlət orqanından bildirilib.

Məlumata görə, bu ilin avqust ayında Azərbaycan vətəndaşlarıTürkiyədə 90 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin avqustayı ilə müqayisədə 15 obyekt çoxdur.

Qeyd edək ki, 2024-cü ilin avqust ayında Türkiyədə 134 min 155mənzil satın alınıb ki, bu da 2023-cü ilin avqust ayı iləmüqayisədə 9,9 faiz çoxdur.

Məlumata görə, 2024-cü ilin yanvar – avqust aylarında Türkiyədə806 min 317 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrüilə müqayisədə 1,1 faiz çoxdur.

2024-cü ilin avqust ayında Türkiyədə xarici vətəndaşlara 2 min257 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə26,2 faiz azdır.

Bu ilin yanvar – avqust aylarında əcnəbi vətəndaşlar Türkiyədən25 min 68 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü iləmüqayisədə 40 faiz azdır.

Chosen
21
12
az.trend.az

10Sources