Türkiyəyə hər gün 400-dən çox kiber-hücum cəhdi olur.
“Report” xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “Anadolu”nun efirində deyib.
O bildirib ki, bu hücumların qarşısı alınır: “Hələ ki hansısa risk, təhlükə yoxdur. Amma əlbəttə, imkanlarımızı gücləndirməliyik”.