EN

Əlilliyi olan şəxslər diqqət mərkəzindədir

Son yeniləmə: 18 Sentyabr 2024 12:12 BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin 8 ayında əlilliyi olan 80 min şəxsə reabilitasiya xidmətləri göstərilib.Bu barədə BAYRAQDAR MEDİA-ya nazirlikdən məlumat verilib.Bildirilib ki, “onlardan 41,4 mini ambulator, 19,9 mini stasionar və icma əsaslı, digərləri səyyar və onlayn formada, sosial-psixoloji, habelə ippoterapiya istiqaməti üzrə reabilitasiya xidmətləri ilə təmin edilib. Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla bərabər, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları – robotik və sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, “Dance ability” (rəqs terapiyası) və s. də tətbiq edilir. Stasionar və ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir”.

Chosen
64
12
bayraqdar.info

10Sources