EN

Qatar relsdən çıxıb: Yaralılar var

Cənubi Afrika Respublikasının Qərbi Keyp əyalətində Dal Cosafat stansiyası yaxınlığında qatar qəzası baş verib.

News24.az xəbər verir ki, Keyptaundan Vellinqton şəhərinə gedən sərnişin qatarının iki vaqonu relsdən çıxıb.

Western Cape Metrorail dəmir yolu xidmətlərindən verilən açıqlamada, qəzada yaralanan 25 sərnişinin təcili yardım maşınları ilə ətraf xəstəxanalara aparıldığı və can itkisinin olmadığı bildirilib.

Hadisə yerinə yanğınsöndürmə və polis qrupları sövq edilib, qəza ilə bağlı araşdırma başladılıb.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
1
news24.az

4Sources