EN

Baş Prokurorluğun nümayəndələri beynəlxalq təşkilatların tədbirlərində iştirak ediblər

Sentyabrın 16-dan sentyabrın 19-dək İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Fransa Respublikasının Paris şəhərindəki mənzil-qərargahında Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin (ACN) 23-cü Plenar iclası və Şəbəkənin İdarə Heyətinin 29-cu görüşü keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Herbiand.az-a verilən məlumata görə, tədbirlərdə ölkəmiz Azərbaycan Respublikasının Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun rəhbərlik etdiyi, Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Səbuhi Alıyevdən və Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Nicat Nağıyevdən ibarət nümayəndə heyəti ilə təmsil olunub.

Plenar iclasda Şəbəkənin İstanbul Fəaliyyət Planının V monitorinq mərhələsi çərçivəsində Mərkəzi Asiya ölkələri üzrə dəyərləndirmə hesabatlarının müzakirəsi aparılıb.

Ölkəmiz Özbəkistanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş islahatların dəyərləndirilməsini nəzərdə tutan milli hesabatın müzakirəsində məruzəçi qismində, nümayəndə heyətinin üzvü Səbuhi Alıyev Tacikistanın korrupsiyaya qarşı mübarizə tədbirlərinin beynəlxalq standartlara uyğunluğunun dəyərləndirilməsində ekspert qismində iştirak edib.

Bundan başqa ölkəmizin nümayəndə heyəti Şəbəkənin İdarə Heyətinin iclasında çıxış edərək son dövrdə ölkəmizdə korrupsiya və oxşar neqativ halların qarşısının alınması və ona qarşı mübarizə ilə bağlı həyata keçirilmiş tədbirlər barəsində məlumat verib.

Chosen
21
9
herbiand.az

10Sources