EN

Tbilisidə Gürcüstanın ən məşhur transseksual modeli öldürülüb

Sentyabrın 18-də Tbilisidə transseksual model Kesariya Abramidze öz evində qətlə yetirilib. Bu barədə “Rustavi 2” məlumat yayıb.

Qatil sentyabrın 19-da Gürcüstan polisi tərəfindən saxlanılıb. Onun 1998-ci il təvəllüdlü şəxs olduğu bildirilir. Ona qarşı ağırlaşdırıcı şəraitlə qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.

Polisin məlumatına görə, təqsirləndirilən şəxs mübahisə zamanı Abramidzeyə bir neçə bıçaq zərbəsi vurub. Cinayətkarı ömürlük həbs cəzası gözləyir.

Abramidze Gürcüstanın ən məşhur transgender modellərindən biri sayılırdı. 

Qeyd edək ki, sentyabrın 17-də Gürcüstan parlamenti üçüncü və yekun oxunuşda “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu təsdiqləyib.

Qəbul edilmiş sənəd eynicinsli nikahları, eyni cinsli cütlüklər tərəfindən uşaqların övladlığa götürülməsini və transgender keçidini qadağan edir. Həkimlərə transseksual keçidi asanlaşdıran əməliyyatlar və digər manipulyasiyalar etmək qadağandır. Bu cür prosedurların həyata keçirilməsi həbs də daxil olmaqla, cinayət məsuliyyətinə səbəb olur.

Bundan əlavə, təhsil müəssisələrində və kütləvi informasiya vasitələrində eynicinsli münasibətlərin “populyarlaşdırılmasına” yönəlmiş məlumatların reklamı və yayılması qadağandır. LGBTQ+ insanların “təbliğatına” yönəlmiş ictimai toplantıların (mitinq və ya yürüşlərin) keçirilməsi də qadağan olunub.

Chosen
51
27
buta.media

10Sources