EN

Zaxarova Paşinyanın sağlam düşüncəsindən şübhələnir - VİDEO

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin Ermənistanın suverenliyinə təhlükə yaratdığı barədə sözlərini "sağlam düşüncə ilə ziddiyət təşkil edən fikirlər" adlandırıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, Zaxarovanın sözlərinə görə, Paşinyanın sözləri sağlam düşüncə və reallıqla ziddiyyət təşkil edir, çünki Ermənistanı həqiqətən də nə isə təhdid edirsə, İrəvanın KTMT-də qalmaqda davam etdiyini deməyin nə mənası var.

“Əgər onlar qalırlarsa, deməli, bunda hansısa məqsədəuyğunluq görürlər. Eyni zamanda, KTMT-nin “Ermənistandan çıxdığını” bildiriblər. Bütün bunlar sağlam düşüncəyə və məntiqə ziddir”, - deyə Zaxarova bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
50
unikal.az

10Sources