Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 26-da ABŞ-a səfər edəcək. SİA-nın məlumatına görə, bu barədə Ağ evin sözçüsü Karin Jan-Pyer məlumat verib. Onun sözlərinə görə, Ağ evdə Prezident Co Bayden və vitse-prezident, Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harrislə ayrılıqda görüş keçiriləcək. Görüşlər zamanı Rusiya ilə müharibənin indiki vəziyyəti və ABŞ-ın Ukraynaya davam edən dəstəyi müzakirə olunacaq.
“Prezident və vitse-prezident Ukrayna bu müharibədə qalib gələnə qədər onun yanında olmağa güclü şəkildə davam edəcəklərini vurğulayacaqlar”,- deyə Ağ ev sözçüsü bildirib.