EN

Görkəmli şərqşünas, akademik Aida İmanquliyeva yad edilib

Sentyabrın 19-da AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və institutun kollektivi XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri – şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Anım mərasimində çıxış edən aka­demik İsa Həbibbəyli Azərbaycan şərq­şünaslığında ərəbşünaslıq sahəsinin çox inkişaf etdiyini bildirərək, onun ədəbiyyat istiqamətinin təməlinin böyük alim Aida İmanquliyevanın elmi əsərləri ilə qoyul­duğunu, bu istiqamətin inkişafında onun əvəzsiz xidmətlərinin olduğunu vurğula­yıb. Professor Aida İmanquliyevanın Azər­baycan ərəbşünaslığında bir məktəb yarat­dığını, mühacir ədəbiyyatının tədqiqində yeni bir yol açdığını deyən akademik İsa Həbibbəyli qeyd edib ki, görkəmli alim dünya elmində ərəb məhcər ədəbiyyatının tədqiqi sahəsinə sanballı töhfələr verib, Azərbaycan və dünya şərqşünaslığını zən­ginləşdirib. 

Akademik Gövhər Baxşəliyeva 32 il öncə sentabrın 19-da dünyasını dəyişmiş böyük alim Aida İmanquliyevanın həm ictimai fəaliyyəti, həm şəxsi keyfiyyətlə­ri baxımından başqalarından fərqlənən, parlaq bir şəxsiyyət olduğunu deyib. Aida İmanquliyevanın Azərbaycan şərqşünaslıq elminin inkişafında silinməz iz qoyduğunu söyləyən G.Baxşəliyeva, elmi fəaliyyətini ərəb ədəbiyyatının tədqiqinə həsr edən 3 sanballı monoqrafiya, 100-dən çox elmi və elmi populyar məqalənin müəllifinin ərəb-Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqələrini və təsirini öyrənən ilk alimimiz olduğunu qeyd edib.

Aida İmanquliyevanın Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı elm təşkilatçısı kimi özünü göstərdiyini xa­tırladan G.Baxşəliyeva ki, o, Azərbaycan el­mini dünya səviyyəsində təmsil edən gözəl alim olduğunu əlavə edib və Aida İmanquli­yevanın itkisinin şərqşünaslarımız üçün çox ağır olduğunu, alimlərimizin onun əziz xa­tirəsini daim uca tutduqlarını deyib.

Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəşarət Bəşirova Aida İmanquliyevanın dəyərli elmi fəaliyyətindən bəhs edib, onun gənc şərqşünaslara göstərdiyi qayğıdan da­nışıb, görkəmli alimlə bağlı xatirələrini paylaşıb.

Vüqar MƏMMƏDOV,
AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
13
xalqqazeti.az

10Sources