EN

Premyer Liqa: "Qarabağ" bu gün "Neftçi"ni qəbul EDƏCƏK

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda "Qarabağ" "Neftçi"ni qəbul edəcək. 

Bizim.Media xəbər verir ki, "Azərsun Arena"da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. 

Azərbaycan derbisini FIFA referisi Əliyar Ağayev idarə edəcək. Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi hazırda 12 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 4 xalla 8-9-cu yerləri bölüşdürür. 

Turun açılış matçında isə "Kəpəz" "Şamaxı" ilə üz-üzə gələcək. Tovuz şəhər stadionunda reallaşacaq matç saat 17:00-da başlayacaq. Bu görüşün baş hakimi Cavid Cəlilov olacaq.

Əvvəlki altı oyunun hamısında məğlub olan "sarı-göylər" sonuncu - 10-cu sıradadır. Qonaqlar isə 8 xalla altıncıdır. 

Azərbaycan Premyer Liqası 

VII tur 

20 sentyabr 

17:00. “Kəpəz” – “Şamaxı” 

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı. 

VAR: Rauf Cabarov. 

AVAR: Vüsal Məmmədov. 

Hakim-inspektor: Asim Xudiyev. 

AFFA nümayəndəsi: Bəhram Qurbanov. 

Tovuz şəhər stadionu 

20:00. “Qarabağ” – “Neftçi” 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev. 

VAR: İnqilab Məmmədov. 

AVAR: Namiq Hüseynov. 

Hakim-inspektor: Ramil Diniyev. 

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov. 

"Azərsun Arena" 

Qeyd edək ki, VII turun digər matçları sentyabrın 21-22-də baş tutacaq. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
20
bizim.media

10Sources