EN

Bu gün Azərbaycan derbisi var - Misli Premyer Liqası

Bu gün Misli Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.

Prosport.Az xəbər verir ki, açılış matçında autsayder "Kəpəz" "Şamaxı" ilə üz-üzə gələcək. Tovuz şəhər stadionunda reallaşacaq matç saat 17:00-da başlayacaq. Görüşün baş hakimi Cavid Cəlilov olacaq. Əvvəlki altı oyunun hamısında məğlub olan "sarı-göylər" sonuncu - 10-cu sıradadır. Qonaqlar isə 8 xalla altıncıdır.

Günün son oyununda "Qarabağ" "Neftçi"ni qəbul edəcək. "Azərsun Arena"da baş tutacaq Azərbaycan derbisi saat 20:00-da start götürəcək.

Prinsipial qarşılaşmanı FIFA referisi Əliyar Ağayev idarə edəcək. Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi hazırda 12 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 4 xalla 8-9-cu yerləri bölüşdürür.

Misli Premyer Liqası

VII tur

20 sentyabr

17:00. “Kəpəz” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
VAR: Rauf Cabarov.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Tovuz şəhər stadionu

20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"Azərsun Arena"

Qeyd edək ki, VII turun digər matçları sentyabrın 21-22-də baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
20
prosport.az

10Sources