EN

Premyer Liqa: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının VII turunda "Qarabağ" "Neftçi"ni qəbul edəcək. "Azərsun Arena"da baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.Azərbaycan derbisini FIFA referisi Əliyar Ağayev idarə edəcək. Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi hazırda 12 xalla ikinci pillədə qərarlaşıb. Paytaxt klubu 4 xalla 8-9-cu yerləri bölüşdürür.Turun açılış matçında isə "Kəpəz" "Şamaxı" ilə üz-üzə gələcək. Tovuz şəhər stadionunda reallaşacaq matç saat 17:00-da başlayacaq. Bu görüşün baş hakimi Cavid Cəlilov olacaq. Əvvəlki altı oyunun hamısında məğlub olan "sarı-göylər" sonuncu - 10-cu sıradadır. Qonaqlar isə 8 xalla altıncıdır.Azərbaycan Premyer LiqasıVII tur20 sentyabr17:00. “Kəpəz” – “Şamaxı”Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.VAR: Rauf Cabarov.AVAR: Vüsal Məmmədov.Hakim-inspektor: Asim Xudiyev.AFFA nümayəndəsi: Bəhram Qurbanov.Tovuz şəhər stadionu20:00. “Qarabağ” – “Neftçi”Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.VAR: İnqilab Məmmədov.AVAR: Namiq Hüseynov.Hakim-inspektor: Ramil Diniyev.AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov."Azərsun Arena"Qeyd edək ki, VII turun digər matçları sentyabrın 21-22-də baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
20
patriot.az

10Sources