EN

Zakir Fərəcov vətəndaşları qəbul etdi - FOTOLAR

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vətəndaşlarla səyyar qəbulları davam etdirilir.

"Unikal" xəbər verir ki, növbəti görüş Sumqayıt şəhər 11-ci mikrorayon ərazisində keçirilib.

Görüşdə şəhər İcra Hakimiyyətinin rəhbər şəxsləri, müxtəlif idarə və müəssisələrin rəhbərləri, təşkilat nümayəndələri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.

Şəhər rəhbəri Sumqayıt şəhərində hər həftə səyyar qəbulların keçirildiyini və bu görüşlərin artıq ənənə halını aldığını vurğulayıb. Qeyd edib ki, görülmüş işlər nəticəsində şəhər sakinlərini narahat edən məsələlər, mövcud problemlərin həlli istiqamətində müsbət nəticələr əldə olunub.

Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
50
unikal.az

10Sources