EN

"İkinci sülh sammiti müharibəyə son qoymalıdır" - Zelenski

İlin sonuna qədər keçirilməsi planlaşdırılan ikinci sülh sammiti Rusiya Federasiyasının başlatdığı müharibəyə son qoymalıdır. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.

"Biz bu il ikinci sülh sammitini təşkil etmək üçün Ukraynanı mümkün qədər gücləndirməliyik", - o bildirib. 

Ukrayna prezidenti qeyd edib ki, Avropada hamı sülhdə maraqlıdır: "Sülh müharibənin dondurulması deyil, beynəlxalq hüququn hər hansı manipulyasiyası deyil".

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
15
unikal.az

10Sources