EN

Professor AÇIQLADI: Qərb Gürcüstanda hakimiyyətə təzyiq edir

Hazırda Gürcüstanda daxili vəziyyət mürəkkəbdir və hakimiyyətə Qərbin təzyiqi hiss edilir.

Bunu əslən Gürcüstandan olan azərbaycanlı, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq Jurnalistika və informasiya siyasəti kafedrasının professoru Həmid Vəliyev “Report”a açıqlamasında oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkilərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu vaxta qədər bəzi Gürcüstan liderləri həmişə Qərbə meyl edib:

“Mən Gürcüstan SSR-nin əməkdar jurnalisti olaraq Gürcüstanın mənəviyyatını, ədəbiyyatını və etnoqrafiyasını yaxşı bilirəm. Şübhəsiz ki, Gürcüstan hakimiyyətinə qərb təzyiq göstərməyə çalışır və bu aydın şəkildə hiss edilir. Ölkənin bu günə qədər olan bir sıra dövlət rəsmiləri da Qərbə meyl edib və onların təzyiqini müəyyən mənada qəbul edib”.

98c874e3-2432-3d27-b191-c994a774.jpg
Həmid Vəliyev

Professor həmin qüvvələrin öz aralarında da bəzi fikir ayrılıqları yaşadığını bildirilib:

“Gürcüstan vətəndaşlarının arasında qərbpərəst qüvvələr qədər Rusiya ilə münasibətləri yenidən qurmağa çalışanlar da az deyil”.

Qeyd edək ki, Qərbin Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərində prosesə müdaxilə edəcəyinə dair iddialar var.

Chosen
24
41
musavat.com

10Sources