EN

Mher Qriqoryandan sərhəd açıqlaması  

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan hesab edir ki, Ermənistan və Azərbaycan sərhədinin demarkasiyası üzrə komissiyaların reqlamentinin ratifikasiyası prosesi sinxron şəkildə gedir.

Musavat.com-un məlumatına görə, belə bir iddianı erməni mediası tirajlayıb. Qriqoryan bu gün, oktyabrın 21-də yerli jurnalistlərlə söhbətində deyib: “Mən Azərbaycanda bu prosesin hansı mərhələdə olduğunu bilmirəm, amma imzalanma məntiqi onu göstərir ki, bu, eyni vaxtda baş verməlidir”.

“Azərbaycanın reqlamenti ratifikasiya etməyəcəyindən qorxursunuzmu”, sualına o, belə cavab verib: “Düşünmürəm ki, bu, daha uzun çəkəcək”.

Blokların açılması ilə bağlı üçtərəfli komissiyanın iclaslarının davam etmədiyinə toxunan Baş nazirin müavini deyib: “Elə fundamental məsələlər var ki, onların üzərində konsensus olmalıdır. Bu konsensus mövcud olana qədər təfərrüatları müzakirə etməyə davam etməyin mənası yoxdur”.

Qeyd edək ki, bu gün, oktyabrın 21-də Milli Məclisin Xarici Əlaqələr Daimi Komissiyasında “Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın və Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının birgə fəaliyyəti haqqında əsasnamənin təsdiq edilməsi məsələsi müzakirə olunur. Bundan əvvəl Konstitusiya Məhkəməsi normativ hüquqi aktların ölkə Konstitusiyasına zidd olmadığına rəy verib.

Musavat.com

Chosen
49
17
musavat.com

10Sources