EN

“Türkiyə şirkətləri Latviyaya daha çox sərmayə qoymağa hazırdır”, H.Fidan

 

  Xarici işlər naziri Hakan Fidan Türkiyə ilə Latviya arasında əlaqələri gücləndirməyi və xüsusilə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə terrorla mübarizədə daha güclü əməkdaşlıq etməyi planlaşdırdıqlarını vurğulayıb.

  Paytaxt Ankarada Latviyanın xarici işlər naziri Baiba Braze ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən H.Fidan deyib: “Latviya ilə bir çox sektorlarda, xüsusilə ticarət, investisiya və nəqliyyat sahələrində əlaqələri daha da inkişaf etdirə biləcəyik.

  Türkiyə şirkətləri Latviyaya daha çox sərmayə qoymağa hazırdır və bu mövzuda şirkətləri təşviqi sürdürəcəyik.  

  Terrorla mübarizə məsələsini də müzakirə etdik. Xüsusilə FETÖ ilə mübarizədə daha güclü əməkdaşlıq və konkret addımlar gözləyirik.

  Türkiyə Avropa İttifaqına girməkdə qətiyyətlidir və bu mövzuda Latviyanın dəstəyinə görə təşəkkür edirik.

  Rusiya-Ukrayna müharibəsi kontekstində baş verənləri də müzakirə etdik. Türkiyə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha vurğulayır.

  İsrailin Qəzzada törətdiyi soyqırım təcili sona çatmalıdır, Livandakı hücumu dayandırılmalıdır. Dinc insanları öldürməklə İsrail sülh və təhlükəsizliyə nail ola bilməz. Əgər biz İsrailə və bütün Yaxın Şərqə sülh və təhlükəsizliyin gəlməsini istəyiriksə, beynəlxalq ictimaiyyət olaraq fələstinlilərə öz ölkələrində öz dövlətlərini qurmalarına dəstək verməliyik”.



Chosen
81
22
trt.net.tr

10Sources