EN

Trampın qələbəsi Almaniyaya 180 milyard avroya başa gələ bilər

Donald Tramp qarşıdan gələn ABŞ seçkilərində qalib gələrsə, Almaniya iqtisadiyyatı 2028-ci ilə qədər 180 milyard avro itirə bilər. 

Valyuta.az xəbər verir ki, bu proqnozu Almaniya İqtisadiyyat İnstitutunun (IW) analitikləri veriblər.

"ABŞ və Avropa arasındakı ticarət müharibəsi Trampın dörd illik müddətində Almaniya üçün 180 milyard avroya qədər itki demək ola bilər", deyə məqalədə qeyd edilir.

IW analitikləri əmindirlər ki, Tramp Ağ Evə qayıtsa, idxal rüsumlarını 10-20% artıracaq. Belə tədbirlər alman şirkətlərinə zərbə vuracaq, onlar qeyd edirlər.

İqtisadçıların fikrincə, faiz artımından ən çox zərəri xarici bazar yönümlü avtomobil və maşınqayırma təşkilatları görəcək. Nəticədə, Almaniyanın ÜDM-i Trampın prezidentlik müddətinin sonuna kimi 1,5% azala bilər.

ABŞ-da 60-cı prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Tramp Respublikaçıların maraqlarını təmsil edir, Kamala Harris Demokratlar üçün namizədliyini irəli sürüb.

Paşa Məmmədli
 

Chosen
20
11
valyuta.az

10Sources