EN

TDT Dövlətlərinin Mərkəzi Banklar Şurasının yaradılması haqqında memorandum imzalanıb

Türk Dövlətləri Təşkilatına (OTT) üzv ölkələrin Mərkəzi Banklar Şurasının yaradılması haqqında memorandum imzalanıb.

Olaylar xəbər verir ki, sənəd Bişkekdə TDT-nin 11-ci sammiti çərçivəsində imzalanıb.

Memorandumu Qırğızıstan Milli Bankının sədri Melis Turğunbayev, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, Qazaxıstan Milli Bankının sədri Timur Suleymenov, Türkiyə Mərkəzi Bankının sədri Fatih Karahan və Özbəkistan Mərkəzi Bankının sədri Mamarizo Nurmuratov imzalayıblar.

Bildirilir ki, TDT-yə üzv dövlətlərin Mərkəzi Banklar Şurasının yaradılması milli tənzimləyicilər arasında səmərəli əməkdaşlığın gücləndirilməsinə, pul-kredit siyasəti, maliyyə sabitliyi, ödəniş sistemlərinin inkişafı, maliyyə texnologiyaları sahələrində təcrübə mübadiləsi məqsədi ilə birgə məsləhətləşmələrin və tədqiqatların aparılmasına yönəlib.

Qeyd edək ki, noyabrın 6-da Qırğızıstanın paytaxtında 11-ci TDT sammiti keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
33
7
olaylar.az

8Sources