EN

1.5 milyonluq mübahisə – “Veysəloğlu-Yaycılı Qardaşlar”ın rəhbərinə “stop” qoyulması ilə bağlı məhkəmə prosesinin vaxtı açıqlandı

“Veysəloğlu-Yaycılı Qardaşlar” MMC-nin qanuni təmsilçisi Sərdarov Vüqar Ziyatxan oğlunun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məhkəmə prosesinin vaxtı açıqlanıb.

NOCOMMENT.az-ın xəbərinə görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi edinin müraciətinə Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun sədrliyi ilə noyabrın 14-də baxılacaq.

İşin mahiyyəti xususi icraat – Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır.

Qeyd: “Veysəloğlu-Yaycılı Qardaşlar” MMC-nin 1 445 476 manat vergi borcu var. MMC Aydın Veysəl oğlu Talıbovun rəhbərlik etdiyi “Veysəloğlu Qrup”a daxildir.

Chosen
10
3
nocomment.az

6Sources