EN

Cennifer Şahzadə Diananı təkrarladı - FOTOLAR

Cennifer Lopez keçmiş əri Ben Afflekin prodüseri olduğu "Untamed" adlı yeni filminin təqdimat turunu davam etdirir. SİA xarici mətbuata isinadən xəbər verir ki, 55 yaşlı ulduz Londonda keçirilən təqdimat gecəsinə tərzi ilə damğa vurub. Lopezin qırmızı xalça stili 60-cı illərin üslubunda hazırlanıb. O, dəyəri 4700 dollar olan ağ ətək və paltoda, qara enli papaqda və qladiator çəkmələrində göz oxşayıb. Cennifer bu görünüşü ağ-qara pencəklərə meyilli olan şahzadə Diananın tərzini xatırladıb.

Chosen
54
15
sia.az

10Sources