EN

Tramp şəxsi kurortundan Putinə ZƏNG ETDİ – Nələr müzakirə edilib?

ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp və Rusiya prezidenti Vladimir Putin noyabrın 7-də telefon danışığı keçiriblər və Ukraynadakı münaqişəni müzakirə ediblər.

Publika.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadl “Washington Post” (WP) yayıb.

Qeyd edilib ki, bu Trampın seçkilərdə qalib gəlməsindən sonra onlar arasında ilk telefon danışığı olub.

WP-nin məlumatına görə, Putin və Tramp Avropada sülhün əldə olunmasını müzakirə ediblər. Bundan əlavə, ABŞ-ın yeni seçilmiş prezidenti Ukraynadakı müharibənin tezliklə həllini müzakirə etmək üçün sonrakı danışıqlarda maraqlı olduğunu bildirib.

Qəzetin yazdığına görə, Tramp söhbəti Floridadakı kurortundan aparıb.

Eyni zamanda, hazırda nə Moskva, nə də Vaşinqton siyasətçilər arasında söhbət barədə məlumat verməyib.

Bir gün əvvəl ABŞ-ın yeni seçilmiş prezidentinin baş müşaviri Brayan Lanza demişdi ki, Ukrayna Rusiya ilə Donald Trampın təklif etdiyi “real sülh vizyonunu” qəbul etməli və əraziləri geri qaytarmaq barədə düşünməməlidir. O vurğulayıb ki, ABŞ-ın gələcək prezidentinin administrasiyası Ukraynaya əks-hücum fürsəti verməyə deyil, sülhün əldə olunmasına diqqət yetirəcək.

Noyabrın 5-də Donald Tramp növbəti dəfə söz verib ki, prezident seçkilərində qalib gəlsə, Ukraynada hərbi əməliyyatların dayandırılmasına nail olacaq və üçüncü dünya müharibəsinin başlanmasının qarşısını alacaq.

Chosen
20
50
editor.az

10Sources