EN

Azərbaycanın inkişaf edən kiçik ada dövlətlərinədəstəyi

Prezident İlham Əliyev: Azərbaycan COP29-a evsahibi olduqdan sonra inkişaf edən kiçik adadövlətləri ilə münasibətlərimiz yeni, daha yüksəksəviyyəyə qalxıb

Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimibeynəlxalq standartlara uyğun olaraq insan haqlarısahəsində daha şəffaf ədalətli addımlar atır. Bumənada, Azərbaycanın demokratiya insan haqlarısahəsindəki vəziyyətin Qərb dövlətlərini, xüsusənFransanı narahat etməsinin heç bir əsası yoxdur. Fransaözü dünya tarixində müstəmləkəçi ölkə olaraq tanınıb. Əsasən Afrika ölkələrin Fransanın müstəmləkəsiolmuş dövlətlər hələ siyasi iqtisadi olaraq əzabçəkirlər. Onların içərisində çoxlu kiçik ada dövlətlərivar. Azərbaycan isə son zamanlar bu dövlətlərə siyasi iqtisadi dəstək verməyə başlayıb. Hətta COP29 beynəlxalq tədbirində bu mövzuda bir sıra sammit panel iclasları keçirilir. İnkişaf etməkdə olan kiçik adadövlətlərinin əksəriyyətinin nümayəndə heyətlərininrəhbərləri COP29-da iştirak edirlər. Yeri gəlmişkən, noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişafetməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitikeçirilib. Prezident İlham Əliyev bu Sammitdə çıxışızamanı bildirib ki, Azərbaycan COP29-a ev sahibiolduqdan sonra inkişaf edən kiçik ada dövlətləri iləmünasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb: “Kiçik ada dövlətlərinin səsi qlobal arenadaeşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinəmaddi texniki dəstək göstərməlidir ki, onlarölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruyabilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədənAzərbaycana təsir göstərir. Xəzər dənizi ilbəil daha dadayazlaşır, çaylarımızda daha az su, dağlarımızda dahaaz qar var. Əfsuslar ki, keçmişdə heç vaxtgörmədiyimiz daşqınlar kəskin yağışlar bu günreallıqdır. Hər bir ölkə təsirə məruz qalır, lakin kiçikada dövlətləri üçün bu ekzistensial təhlükədir”.

Sammitdəki çıxışlarda inkişaf etməkdə olan kiçik adadövlətlərinin böyük ədalətsizliklərlə üzləşdiyi, iqlimdəyişmələrinin, artan qiymətlərin, COVID-19 pandemiyasının bu ölkələrə ciddi ziyan vurduğu, onların hökumətlərinin çətin vəziyyətdə olduqlarıvurğulanıb. COP29 çərçivəsində kiçik ada dövlətləriilə bağlı xüsusi tədbirin təşkilinə görə Prezident İlhamƏliyevə təşəkkür ifadə olunub. Qeyd edək ki, Azərbaycan bu dövlətlərə hərtəfli dəstəyin verilməsiüçün fondun yaradılması təşəbbüsü ilə çıxış edib. COP29-a ev sahibliyi edən ölkə olaraq bu təşəbbüs kiçi ada dövlətlərinin rəsmiləri tərəfindən çox böyüksevinclə qarşılanıb.

Prezident İlham Əliyev həmin ölkələrin üzləşdiyiçağırışların aradan qaldırılmasının COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil etdiyinivurğulayıb: “Bu ilin mayında COP-la bağlı planlarınımüzakirə etmək üçün Baham adalarının, Tonqanın Tuvalunun rəhbərləri Azərbaycana səfər etdilər. Qəbulolunmuş Bakı Kommünikesində COP29-da mənalınəticələrin əldə olunmasına çağırış edilir əlçataniqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilinsentyabrında İtki Zərərə Cavab Fondunun fəaliyyətəbaşlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldəolunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən kiçik ada dövlətlərinə maliyyənin verilməsiüçün tamamlanmalıdır. Bu yay Azərbaycan TonqadaMillətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı”. Azərbaycan, beynəlxalq münasibətlərdə inkişafetməkdə olan ölkələrə dəstəyini müxtəlifistiqamətlərdə göstərir. Bu dəstək, xüsusən kiçik adadövlətlərinə aid olan bir sıra layihələrdə özünü göstərir. Azərbaycan, həmçinin, BMT, İqtisadi Sosial Şura, müxtəlif regional təşkilatlar humanitar missiyalarçərçivəsində bu ölkələrlə əməkdaşlıq edir. Kiçik adadövlətləri, ətraf mühitin qorunması, iqlim dəyişikliyi təbii fəlakətlərin təsirlərinə qarşı mübarizəməsələlərində xüsusilə həssasdırlar. Azərbaycan, busahədə dəstəyi artıraraq, bərpa olunan enerji ətrafmühitin qorunması sahələrində proqramlar həyatakeçirir. Əlavə olaraq, Azərbaycanda ətraf mühitinmühafizəsi iqlim dəyişikliyi ilə bağlı aparılan işlərkiçik ada dövlətləri üçün model ola bilər. CənabPrezident ölkəmiz tərəfindən Millətlər Birliyinin kiçikada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün10 milyon ABŞ dolları məbləğində vəsait ayırıldığınıbəyan edib. “Ətraf mühitin monitorinqi qiymətləndirilməsi üçünAzərkosmos”un peykməlumatlarından istifadə etmək üçün Millətlər Birliyiilə Anlaşma Memorandumu imzalanmışdır”, – deyədövlətimizin başçısı əlavə edib. Göründüyü kimi, Azərbaycan, kiçik ada dövlətləri ilə ticarət əlaqələrinigücləndirmək iqtisadi əməkdaşlıq yaratmaq üçünmüxtəlif təşəbbüslər irəli sürür. Bu əməkdaşlıqqarşılıqlı investisiyalar, təbii sərvətlərin məhsullarınmübadiləsi kimi sahələri əhatə edə bilər. Azərbaycanıninkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstəyi, yalnız rəsmi diplomatik əlaqələrlə məhdudlaşmır. Azərbaycan həm iqtisadi, həm humanitar sahələrdəbu dövlətlərə konkret dəstək göstərir. Həmçinin, Azərbaycanın beynəlxalq əlaqələri bu sahədəkitəcrübəsi, kiçik ada dövlətləri ilə daha damöhkəmlənən münasibətlərin əsasını təşkil edir.

Azərbaycan, BMT digər beynəlxalq təşkilatlardainkişaf etməkdə olan kiçik ada dövlətlərininmaraqlarını müdafiə edir. Azərbaycanın beynəlxalqplatformalarda bu dövlətlərin daha geniş tanınması öz hüquqlarının qorunması üçün səylər göstərməsi, həmin dövlətlərin inkişafına müsbət təsir edir. Bubaxımdan cənab Prezident deyib ki, Azərbaycan kiçikada dövlətlərinə özünün birmənalı dəstəyini nümayişetdirir: “Biz fəlakət qarşısında zəif olan bir sıraölkələrə qasırğa, zəlzələ daşqınların təsiriniazaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin sutəchizatı, qida təhlükəsizliyi mədəni irsin bərpasılayihələrinə dəstək vermişik. Ondan çox kiçik adadövləti Azərbaycan universitetlərində təhsil almaqüçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimizdövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçikada dövlətinə maliyyə humanitar yardımgöstərmişik”. Azərbaycan, inkişaf etməkdə olan kiçikada dövlətlərinin infrastruktur layihələrinə dəstəkverməyi planlayır. Xüsusilə, su təchizatı, enerji, kəndtəsərrüfatı turizm sahələrində təcrübə mübadiləsi investisiya imkanları yaradır. Bu sahələrdəAzərbaycandan texnologiya bilik mübadiləsi, həmçinin maliyyə yardımının göstərilməsimümkündür. Kiçik ada dövlətləri təbii fəlakətlərə dahaçox məruz qalırlar. Azərbaycan, bu dövlətlərəhumanitar yardımlar da göndərir, xilasetməəməliyyatlarına fövqəladə vəziyyətlərə müdaxiləyəyardım edir. Ölkəmizin başçısının dediyi kimi, Azərbaycan bir sıra inkişaf etməkdə olan ölkələrə, o cümlədən ada dövlətlərinə humanitar yardım göstərib.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Chosen
8
3
veteninfo.az

10Sources