EN

Ukrayna ilk dəfə Rusiya ərazisini ATACMS-la vurub

Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək üçün ilk dəfə olaraq ATACMS raketlərindən istifadə etdiyi güman edilir. Bu barədə “RBC-Ukrayna” mənbələrinə istinadən yazır.

“Həqiqətən də, ATACMS Rusiya Federasiyasının ərazisinə zərbə endirmək üçün ilk dəfə istifadə edilib, zərbə Bryansk vilayətindəki obyektə edilib, o, uğurla vurulub”, - mənbə bildirib.

“RBC-Ukrayna”, Bryansk vilayətinin Karaçev şəhərində Rusiyadakı hədəflərə ilk ATACMS zərbəsi endirdiyini bildirdi. İddialara görə, Ukrayna Silahlı Qüvvələri hərbi obyekti vurub. Nəşr qeyd edir ki, qəsəbə Ukrayna ilə sərhəddən 130 kilometr aralıda yerləşir.

Bundan əvvəl ABŞ dövlət katibinin Qərb yarımkürəsi məsələləri üzrə köməkçisi Brayan Nikols Braziliyanın “O Globo” qəzetinə müsahibəsində Rusiyanın dərinliklərində zərbələrə qoyulan məhdudiyyətlərin götürüldüyünü təsdiqləyib. Onun sözlərinə görə, ABŞ-ın hazırkı prezidenti Co Bayden Ukrayna Silahlı Qüvvələrinə Amerikanın uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verib.

Ötən gün “New York Times” qəzeti yazıb ki, ABŞ Ukraynaya Rusiya ərazisinə ATACMS raketləri atmağa icazə verib.

Almaz Həsənli

Chosen
7
30
oxumeni.az

10Sources